Xəbər lenti

Malayziya kralı taxtdan gedir
Dünya15:57 06.01.2019

Malayziya kralı taxtdan gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Malayziya Kralı V Məhəmməd taxtdan gedir.
Qaynarinfo xəbər verir ki, ölkənin 15-ci kralı olan 50 yaşlı V Məhəmməd ötən ilin sonlarında 25 yaşlı rus model Oksana Voyevodina ilə qurduğu nikahla gündəmə gəlmişdi. 2016-cı ildə taxta çıxan V Məhəmməd ölkənin ən yaşlı kralı Sultan Əbdülhəlim Muzzam Şahı əvəz etmişdi.
Ölkənin baş naziri Mahathir Məhəmməd isə Kralın taxtı buraxması ilə əlaqədar rəsmi mövqenin ona təqdim edilmədiyini deyib. 
Qeyd edək ki, Malayziyada kral hər 5 ildən bir ölkənin 9 əyalətinə rəhbərlik edən sultanların iştirakı ilə keçirilən səsvermədə müəyyənləşdirilir.
Gülşən