Xəbər lenti

Malayziya təyyarəsinin rusların vurduğu təsdiqlənir - VİDEO
Dünya18:17 25.07.2014

Malayziya təyyarəsinin rusların vurduğu təsdiqlənir - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Layner məhz separatçıların atdığı raket tərəfindən vurulub

Ukraynada terrorçuların danışığının ələ keçmiş audioyazısı yayılıb.

ANS PRESS-in məlumatına görə, yazı çox böyük ehtimalla, Malayziya Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsinin vurulmasına 2 dəqiqə qalmış yazılıb.

Bu haqda informasiyanı Ukrayna Təhlükəsizlik Xidməti yayıb.

Xidmətin versiyasına görə, layner məhz separatçıların atdığı raket tərəfindən vurulub.

Bildirilir ki, təyyarənin vurulması "sifarişini" Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin adı açıqlanmayan polkovniki verib və o, bu haqda Ukraynadakı rusiyameyllilərin liderlərindən biri, "Bes" ləqəbli İqor Bezlerə məlumat verib. O da təyyarənin hava məkanına yaxınlaşdığını izlətdirib. Bu haqda audioyazıda da belə səs var: "Siz tərəfə "quş" uçdu...".

Qaynar.info