Sultan Pahanq Tanqku Abdulla Malayziyanın yeni kralı seçilib.
Qaynarinfo İzvestiya-ya istinadən xəbər verir ki, 59 yaşlı Sultan bu gün 9 nəfərdən ibarət Hökumət Şurasında keçirilən səsvermədə kral təyin edilib.
Qeyd edək ki, Malayziyanın əvvəlki kralı V Məhəmməd idi. O, ötən ilin noyabr ayında "Miss Moskva 2015"in qalibi 25 yaşlı Oksana Voyevodina ilə evlənməyi ilə gündəmə gəlmişdi. Ötən həftələrdə taxtdan əl çəkdiyini elan edən kralın 2 aylıq həyat yoldaşından boşanacağı barədə xəbərlər yayılıb.
Gülşən