Xəbər lenti

92 yaşlı müxalif lider hakimiyyətə gəlir
Dünya06:20 10.05.2018

92 yaşlı müxalif lider hakimiyyətə gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mahatir Məhəmmədin rəhbərlik etdiyi müxalif qrup Malaziyada keçirilən parlament seçkilərinin qalibi olub.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, təqaüdə çıxmış sabiq baş nazir olan Mahatir yenidən siyasətə qayıdaraq ölkədə 1957-ci ildən bəri lider olan Milli Barisan Koalisiyasının hakimiyyətinə son qoyub.
1981-2003-cü illərdə ölkəni idarə etmiş Mahatir Məhəmmədin dövründə Malaziya iqtisadiyyatında ciddi irəliləyiş əldə edilib. Onun "Pakatan Harapan" (Ümid) Alyansı parlamentdəki 222 yerdən 113-ünə sahib çıxa bilib. Əvvəlki hakim partiya Barisan isə sadəcə 77 yer qazanıb. 
Lakin heç bir partiya parlamentdə tək başına hökümət qurmaq üçün kifayət qədər yer əldə edə bilməyib. Hökümətin formalaşmasında son sözü Malaziya kralı deyəcək.
Gülşən