Ölkə 18:00 23.11.2022

Maliyyə Nazirliyindən100 min manat tələb edir

Maliyyə Nazirliyi məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Bəkirov Əflatun Qorxmaz oğludur. O, birinci instansiya məhkəməsini uduzub və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakim Vahid Sadıqovun sədrliyi ilə baxılacaq. 

Əflatun Bəkirov 2013-cü ildə oğruluqda ittiham edilərək həbs edilib. Bu barədə yayılan məlumatlarda deyilir ki, Şəki Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində vətəndaş Nicat Əliyevə məxsus köşkdə baş vermiş oğurluq hadisəsinin üstü açılıb. Əməliyyat nəticəsində Şəki şəhər sakini Bəkirov Əflatun Qorxmaz oğlu şübhəli şəxs qismində saxlanılıb. Eləcə də, oğurlanmış əşyalar aşkar olunub. Ancaq Əflatun Bəkirov ittihamları qəbul etməyib.

Məlumatda qeyd edilir ki, Nicat Əliyevə məxsus köşkdən 2 ədəd "NOKİA” markalı telefon və bir ədəd "İBM” markalı noutbuk oğurlanıb. Faktla bağlı Şəki Rayon Şəhər Polis Şöbəsidə cinayət məcəlləsinin 177. 2. 3. maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalrımız zamanı məlum olub ki, Əflatun Bəkirov bu iş üzrə bəraət alıb.
 
Sonda qeyd edək ki, vətəndaş maliyyə Nazirliyəndən yüz min manat təzminat tələb edir. 

Seyid