Xəbər lenti

Manat “tam üzən məzənnə” rejiminə niyə keçmir?
Ekonomiks10:42 25.10.2019

Manat “tam üzən məzənnə” rejiminə niyə keçmir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda manatın "tam üzən məzənnə” rejiminə keçməsi üçü dövlət qiymətli kağızlar bazarı genişlənməlidir. 
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, bankların portfelində belə kağızların yaranması bütövlükdə banklararası pul bazarının aktivləşməsinə və genişlənməsinə gətirib çıxaracaq:
"Bu gün bir çox banklarda əhəmiyyəti likvidlik var, bəzilərində yoxdur. Bu gün aktiv banklararası bazar görmürük, çünki onun girov bazası zəifdir. Donor banklardan pul vəsaitinin axını görmürük”. 
Sədr qeyd  edib ki, bank sektorunda həssaslıq aradan qaldırılmalıdır: "Bu istiqamətdə gördüyümüz tədbirlər proqramı genişdir.Biz bunun reallaşmasına qısa müddətdə başlayacağıq”.