İdman 16:08 15.06.2022

"Mançester Siti"yə transfer olandan sonra Haland bu xəbərə təəccüblənib

Erlinq Haland keçən ay "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə transfer olunana qədər Avropanın ən böyük mərkəz hücumçularından biri idi... və indi o, daha da böyükdür!

Qaynarinfo xəbər verir ki, söhbət hazırda Avropanın ən güclü hücumçularından sayılan 21 yaşlı norveçlinin boyundan gedir. Son tibbi müayinədən sonra Haland boyunun artdığını biləndə şoka düşüb. Onun əvvəlki qeydə alınmış boyu 1,95 metr idi. Lakin bu məlumat onun Premyer Liqanın son çempionuna transfer ediləndən sonra yenilənib.

Halandın boyu tibbi müayinədən keçərkən 1,952 metr olaraq qeydə alınıb. O, bu haqda sosial şəbəkədə video paylaşıb. 

Erlinqin atası ALf-İnq də vaxtilə "Mançester Siti"nin şərəfini qoruyub. Sabiq müdafiəçi klubda oynadığı üç il ərzində 47 oyuna çıxıb və 2001-02-ci illərdə Premyer Liqaya yüksələn komandasının bir hissəsi olub.

Səbuhi Həsənov