Xəbər lenti

“Mançester Yunayted” baş məşqçisi ilə bağlı qərar verdi
İdman09:59 28.03.2019

“Mançester Yunayted” baş məşqçisi ilə bağlı qərar verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçi əvəzi Ule-Qunnar Sulşerlə bağlı qərar verib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın baş məşqçisi təyin olunub. Norveçli mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Sulşer ötən ilin dekabrında Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini icra edirdi. Onunla 6 aylıq müqavilə imzalanmışdı. Komanda norveçli mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 13 oyundan 10-da qalib gəlib, 1 matçda uduzub. "Qırmızı şeytanlar” Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-sini mübarizədən kənarlaşdırıb.