Xəbər lenti

Mançini İtaliya millisindən getdi, yeni ünvanı ərəb ölkəsi
İdman 12:41 14.08.2023

Mançini İtaliya millisindən getdi, yeni ünvanı ərəb ölkəsi

İtaliya millisinin baş məşqçisi Roberto Mançini istefa verib. 

Qaynarinfo-nun məlumatına görə, mütəxəssis İtaliya Futbol Federasiyasının rəsmiləri ilə görüşdən sonra yolların ayrılması ilə bağlı razılıq əldə olunub.

Onun yeni ünvanı Səudiyyə Ərəbistanı olacaq.

Səudiyyə Ərəbistanı mətbuatında yazılanlara görə, ölkənin futbol federasiyasının rəsmiləri təcrübəli italiyalı məşqçi ilə anlaşıb. Onunla üçillik müqavilə imzalanacağı bildirilib.

İtaliya yığması onun rəhbərliyi altında ümumilikdə 61 oyun keçirib. Mançininin komandası bu oyunlarda 39 qələbə, 9 məğlubiyyət və 13 heç-heçə əldə edib. Bu da o anlama gəlir ki, italiyalı çalışdırıcı millidə hər oyuna orta hesabla 2,13 xal toplayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->