Xəbər lenti

Mançininin istefasının səbəbini açıqladı - Prezidentlə münaqişə...
İdman 09:15 15.08.2023

Mançininin istefasının səbəbini açıqladı - Prezidentlə münaqişə...

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə münaqişəyə görə istefa verib. 
 
Qaynarinfo bu barədə "La Repubblica”ya istinadən xəbər verir.

"Mən Qravinaya rahat iş mühitinə ehtiyacım olduğunu çatdırmağa çalışdım. O, buna zəmanət verə bilmədi, nəticədə istefa verdim. Bu mənim şəxsi seçimimdir", deyə Mançini bildirib.

"Qravina bir il ərzində məşqçilər korpusunun tərkibini dəyişməyə çalışdı. Ona bildirdim ki, bir neçə yeni mütəxəssis cəlb edə bilər, lakin o, mənim işlədiyim və İtaliya komandasının 2020-ci ildə Avropa çempionatını qazandığı insanları uzaqlaşdıra bilməz. Hər halda, işçilərin dəyişdirilməsi ilə bağlı qərar məndən asılıdır. Son vaxtlar bir neçə dəfə fikirlərimizdə onunla razılaşmamışıq. Bəs kadr məsələlərinə niyə qarışmaq lazımdır? Mütəxəssislərimdən biri yenicə müqaviləni bitirdi və Qravina onun üzərində oynadı. Əlbəttə, daha sərt davrana bilərdim, amma düşünürdüm ki, o, hər şeyi başa düşür. Qravina istəsəydi, məni saxlayardı. Qalmağım üçün bir ipucu kifayət edərdi, amma o istəmədi", deyə mütəxəsssis əlavə edib.

Qeyd edək ki, 58 yaşlı çalışdırıcı 2024-cü ilə qədər qüvvədə olan müqaviləsinə xitam verib. Onun rəhbərliyi altında İtaliya millisi AVRO-2020-nin qalibi olub və uduzmadan ardıcıl 37 oyun keçirərək dünya rekordu müəyyənləşdirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->