
Cənubi Afrika Respublikasının əfsanəvi lideri Nelson Mandelanın dəfn mərasimində qalmaqal yaşanıb.
Qaynar.info xəbər verir ki, Cənubi Afrika Qulaqdan Əlillər Federasiyası Mandelanın dəfn mərasimində tərcüməçinin saxta tərcümə etdiyini iddia edib.
Federasiyadan verilən açıqlamada həmin tərcüməçinin təcrübəsiz olduğu və işarə dilini bilmədiyi bildirilib. MAndelanın dəfn mərasimidə tərcümə edən tərcüməçinin adı isə açıqlanmayıb.
Avstraliyanın SBS telekanalına açıqlama verən Dünya Gənc Qulaqdan Əlillər Federasiyasının rəsmisi Braam Jordan da tərcüməçinin hərəkətinin təhqir oldyğynu deyib: "Barak Obamanın çıxışını işarələrlə başa salmaq üçün bəzi hərəkətlər edən tərcüməçiyə çox hirsləndim və özümü təhqir olunmuş hiss etdim".
Jordan iddia edib ki, tərcüməçi bəzi işarələri özündən uydurub.
Qaynar.info