Yanğın Ukrayna Beynəlxalq Hava Yollarının (UIA) qəzaya uğrayan təyyarəsini tamamilə məhv edib.
Qaynarinfo xəbər verir ki, bu sözləri Qızıl Aypara beynəlxalq əməliyyatlarının direktoru Mansur Baqeri deyib. O bu qədər güclü yanığından sonra qəza qurbanlarının kimliyini müəyyənləşdirməyin mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, həlak olanlardan heç birinin qalıqlarına əsasən şəxsiyyətini müəyyən etmək şansı yoxdur:
"Çünki qəzadan əvvəl təyyarədə çox dəhşətli yanğın baş verib".
Qeyd edək ki, təyyarədə 7 ölkənin vətəndaşı olub: Siyahıya 32 əcnəbinin - Ukraynanın 11, Əfqanıstanın 6, Kanada və İsveçin 4 vətəndaşı daxil edilib. Qalan 147 nəfər İran vətəndaşıdır.
Alpər