Xəbər lenti

MAQATE-dən İrana qarşı yeni qatnamə: “Tapılan uran hissəcikləri...”
Dünya 11:07 09.06.2022

MAQATE-dən İrana qarşı yeni qatnamə: “Tapılan uran hissəcikləri...”

Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası çərşənbə günü axşam, iyunun 8-da səs çoxluğu ilə İrana qarşı qətnamə qəbul edərək, Tehranı MAQATE ilə əməkdaşlıq etmədiyinə görə tənqid edib.

Qaynarinfo bu barədə Azad Avropa Radiosunun fars bölməsinə istinadən xəbər verir.

İran MAQATE-nin üç bəyan edilməmiş nüvə sahəsində tapılan uran hissəcikləri ilə bağlı suallarına cavab verməməkdə ittiham olunur.

Xəbər agentliklərinin məlumatına görə, 30 ölkə qətnamənin lehinə səs verib, Çin və Rusiya buna qarşı çıxıb, Hindistan, Pakistan və Liviya isə bitərəf qalıb.

Qətnamə İranın tapılan uran hissəciklərinin mənşəyinin izahında kifayət qədər əməkdaşlıq etməməsindən "dərin narahatlığı ifadə edir” və Tehranı "gecikmədən” MAQATE ilə əməkdaşlığa çağırır.

Agentlik əlavə edib:

"İran MAQATE-nin həmin saytlardakı nəticələri ilə bağlı texniki cəhətdən etibarlı olan heç bir izahat verməyib. Bu üç mərkəzlə bağlı təhlükəsizlik məsələləri həll olunmamış qalır”.

MAQATE müfəttişləri indiyədək İranda üç "şübhəli” yer müəyyən ediblər, biri Mərivanda, biri Tehranın kənarındakı Turquzabadda, biri də Varamində. "Bu mərkəzlər uranın izinin itirilməsi içün məhv edilib”.

İran keçən ilin martında açıqlanmayan yerlərində uranın mənşəyi ilə bağlı MAQATE-nin sorğularına rüblük müddət ərzində aydın cavablar verməyə razılaşıb, lakin MAQATE-nin yeni hesabatı İranın üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini göstərir.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->