
“İŞİD-in əlindəki urandan atom silahı düzəldilə bilməz...”
“İŞİD silahlıları tərəfindən ələ keçirilən uran zənginləşdirilməmiş urandır və təhlükə kəsb eləmir”. Musavat.com-un məlumatına görə, MAQATE-də belə hesab edirlər.
“İlkin məlumatlara əsasən biz belə nəticəyə gəldik ki, haqqında söz gedən material aşağı əyarlıdır və nüvə silahının yayılması və təhlükəsizliyə ciddi təhdidlər yaratmır”, - deyə təşkilatın mətbuat katibi Cill Tüder “Reuters”ə söyləyib. Onun sözlərinə görə, agentlik İraq hakimiyyəti ilə təmasdadır və əlavə məlumatlar istəyib.
Az öncə İraq rəsmilərinə istinadən İŞİD-çilərin Mosulda elmi tədqiqatlar üçün istifadə olunan 40 kiloya yaxın uran birləşmələrini ələ keçirməsi haqda xəbər yayılıb. Bu da öz növbəsində terrorçuların mini-nüvə silahı yaradacağı ilə bağlı ciddi narahatlıqlara yol açıb.
Qaynar.info