Xəbər lenti

MAQATE-nin missiyası Zaporojye AES-ə getdi: əsas məqsədlər açıqlandı
Dünya14:09 29.08.2022

MAQATE-nin missiyası Zaporojye AES-ə getdi: əsas məqsədlər açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
MAQATE-nin missiyası Rusiyanın işğalı altında olan Zaporojye atom elektrik stansiyasına gedib. Missiyaya Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi rəhbərlik edir.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, MAQATE rəhbəri bu barədə öz Twitter mikrobloqunda məlumat verib.
Onun sözlərinə görə, missiya bu həftə Zaporojye AES-ə gələcək.
"Biz Ukrayna və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini qorumalıyıq. Bu həftə ZAES-ə gedəcək bu missiyaya rəhbərlik etməkdən qürur duyuram", - Qrossi deyib.
Eyni zamanda, təşkilatdan məlumat verilib ki, missiyanın əsas məqsədləri bunlardır:
fiziki zərərin qiymətləndirilməsi;
təhlükəsizlik və mühafizə sistemlərinin funksionallığını müəyyən etmək;
işçilərin şəraitini qiymətləndirmək;
təcili təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi
UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, avqustun 25-də Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi ZAES-in enerjisizləşdirildiyini elan edib - dörd hava xəttinin sonuncusu kəsilib, buna görə stansiyanın altıncı enerji bloku elektrik şəbəkəsidən ayrılıb.
Avqustun 26-da ZAES-in iki enerji bloku bağlandıqdan sonra yenidən şəbəkəyə qoşulub və Ukraynanın ehtiyacları üçün elektrik enerjisi istehsal edib.
Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, MAQATE və digər beynəlxalq təşkilatlar indikindən qat-qat cəld hərəkət etməlidir.
MAQATE-nin rəhbəri Rafael Mariano Qrossi nüvə təhlükəsizliyi ilə bağlı vəziyyətin sabitləşməsinə kömək etmək üçün yaxın günlərdə stansiyaya missiyaya şəxsən rəhbərlik etməyə hazır olduğunu bildirib. Daha sonra mediada məlumat yayılıb ki, qrupa Qrossidən başqa, əsasən neytral ölkələrdən daha 13 ekspert daxildir. Xüsusilə, bunlar Ukraynaya dost Polşa və Litvanın ekspertləri, eləcə də Rusiyaya dost Çin və Serbiyanın nümayəndələridir.
Alpər