
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona qızları Dalma və Cianinnanı məhkəməyə verəcək.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Maradona qızlarını ondan xəbərsiz bank hesabından 1,45 milyon funt sterlinq götürərək Uruqvaydakı hesablarına transfer etməkdə ittiham edir. Sabiq futbolçu keçmiş həyat yoldaşı Klaudiya Vilyafaneni bu oğurluğa rəhbərlikdə günahlandırır.
Qeyd edək ki, Maradona 2015-ci ildə də Klaudiya və onun sevgilisi Xorxe Tayanaya 9 milyon dollarlıq iddia irəli sürərək pulu Floridada mülkə yatırdıqlarını demişdi.
Dieqo Maradona 2014-cü ildə isə öz sevgilisinə qarşı belə bir ittiham səsləndirmiş və onu 18 milyon dollarlıq əmlakını mənimsəməkdə günahlandırmışdı.
Gülşən
Qaynarinfo.Az