Xəbər lenti

Maraqlı salamlaşma adətləri - Dil çıxaranlar, tüpürənlər, burun sürtənlər...
Dünya13:30 09.10.2014

Maraqlı salamlaşma adətləri - Dil çıxaranlar, tüpürənlər, burun sürtənlər...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Modern.az saytı gündəlik həyatda ən çox rastlaşdığımızproseslə - əl ilə salamlaşmağın tarixi və necə yaranması, eləcə dədünyada salamlaşma adətləri ilə sizləri tanış edir.

Əvvəlcəbaşlayaq hər birimizin gün ərzində dəfələrlə həyata keçirdiyi əlsıxmahərəkətindən. İndi “salam” ifadəsi olmadan belə, o mənanı ifa edən buproses əslində döyüş tarixi ilə bağlıdır. Belə ki, qədimdə kişilər hərzaman üstlərində bir silah gəzdirirdilər. Həmin silah da mütləq sağ əldəolmalı idi. Xoş məqsədlə rastlaşan kişilər əldə silah olmadığınıbildirmək üçün boş sağ əllərini bir-birinə təqdim edib sıxırdılar.Sonradan bu vərdiş görüşmək nümunəsinə çevrildi.

Bunun başqavariantında isə deyilir ki, adamlar silahlı olmadıqlarını göstərməkdənötrü bir-birinə ovuclarının içini göstərirdilər. Amma qədim Romada buadət azacıq dəyişdi. Belə ki, Romada insanlar boş ovuc göstərəninsilahsız olmasına inanmırdılar. Elə zənn edirdilər ki, ovuc göstərənadam libasının altından həmən silah çıxarıb onu vura bilər. Odur ki, tamarxayın olmaq üçün əllərini bir-birinə yaxınlaşdıraraq sıxmağabaşladılar.

Bu adət sonradan unuduldu. Yalnız renessans dövrününəvvəllərində, Avropanın sənaye cəmiyyətinə keçidi ərəfəsindəkommersantlar bu ənənəni yenidən dəbə saldılar.

Hərbi salamlaşmaisə Çingiz xanın ordusunda yaranan bir ənənədən meydana gəlib. Ortaəsrlərdə dünyanın ən böyük ordusunda sıravi döyüşçüdən tutmuş yüksəkçinli sərkərdəyə qədər hər kəs rastlaşan zaman özünün Çingiz xanordusunun üzvi olduğunu bildirmək üçün əlini çiyin bərabərindən başınaaparırdı. Üz-üzə gəldiyi adam eyni hərəkəti edirdisə, onun da döyüşçüolduğu bilinirdi.

Hazırda dünyanın əksər ölkələrində həm mülkühəyatda, həm də hərbdə ənənəvi salamlaşma qaydaları tətbiq olunur. Eləölkələr var ki, onlarda adi üsulla yanaşı, öz tarixi keçmişlərinə aidolan salamlaşma qaydaları da var

Çində salamlaşarkən başəyən zaman əl bədən boyu uzadılır. Bir birinə yapışdırılan əl həmbirliyi, həm də salam verən şəxsin humanistliyini göstərir. Belə ki, başəydiyi vaxt sinədən aralı bir-birinə əl yapışdırmaqla salam verən həmdə “Mən mərhəmətliyəm” jestini edir.

Qədim Şərq döyüşnövlərindəki mübarizədən əvvəl və sonra edilən məşhur salamlaşma isə“mən həm mərhəmətliyəm, həm də güclüyəm” anlamını daşıyır. Yəqinxatırladız,  həmin salamlaşmada sol əl düz və açıq  halda yuxarıqaldırılır, sağ əlin yumruğu isə açıq sol əlin içinə vurulur. Buradaaçıq əl mərhəmətliyin, yumruq isə  gücün simvoludur.  

Amerikada salamlaşanzaman “pisəm” demək çox böyük ədəbsizlik sayılır. Bundan əlavə, ABŞ-daəsasən də gənclərin görüşdüyü zaman etdikləri dost “çest”i salamıntarixinə bir səyahəti yada salır. Onlar bu “çest”lə “əlimdə silahımyoxdur” fikrini ifadə edirlər.

Fransada salamlaşan zaman öpüşürməklə yanaşı, havaya birdən beşə qədər öpüş göndərirlər.

Soyuqdan donan loplandiyalılar burunlarını bir-birinə sürtürlər.

Mehriban yaponlarüç növ baş əymə ilə salamlaşırlar: ən alçaq, orta (30 dərəcə olur) vəyüngül. Bu da yüksək mədəniyyətə və intizama sahib olan yaponlarınqarşıdakı adama verdiyi hörməti əks etdirir.

Tibetlilərdəgörüşmək çox qəribə vəziyyətdə baş verir. Onlar salamlaşan zaman sağəllə papaqlarını çıxarır, sol əllərini isə qulağın arxasına qoyubdillərini göstərirlər.

Zulu tayfaları  salamlaşarkən “mən səni görürəm”- deyə qışqırırlar. 

Afrikanın bəzi tayfalarında  adamlar üzbəüz gəldikləri adama tüpürürlər, bu onlarda ədəbsizlik yox, hörmət göstəricisi sayılır.

Salamıvə sağollaşmanı ifadə edən bəzi jestlər var ki, onlar fərqli yerlərdətamam fərqli məna daşıyır. Məsələn, çox ölkədə bütün qolunu bir tərəfdəndigər təfərə yellətmək “salam”, “ sağ ol” mənasını ifadə etdiyi halda, Şərqi Asiya ölkələrindəbu tamamilə nümayişkaranə bir hərəkətdir. Əlavə olaraq, bəzi Avropaölkələrində, Yaponiya, Latın Amerikasında bu “xeyr”, ümumiyyətlə inkarcavab sayıla bilər. Hindistanda isə bu “bura gəl” deməkdir. 

Şəhadət barmağından başlayaraq kiçik barmağa qədər saymaq Almaniya və Avstraliyada insanlarıbir az çaşdıra bilər. Çünki bu ölkələrdə şəhadət barmağını qaldırmaq,içki sifariş edərkən bir əvəzinə ikisin istəmək deməkdir. Yaponiyada isəbaş barmağını qaldırmaq 5 mənasını verir. Macarıstanda isə sayanda başbarmağı 1 kimi sayırlar. 

Şəhadətbarmağını bükmək və ya 4 barmağını kiməsə tərəf uzatmaq onu yaxınagəlməsini istədiyinizi bildirir. Cənubi Avropada isə bu “sağ ol”deməkdir. Filippin və Şərqi Asiyada şəhadət barmğını bükmək təkcə itləriişarə ilə çağırmaq üçün istifadə edilir. 

Müsəlmandünyasında əl sıxmaq və  salamlaşmadan danışaq. Əvvəlcə onu deyək ki,“salam”ın özü ərəb sözüdür və “sülh olsun” mənasını verir. Bu gün ərəbölkələrində qadınların əlini sıxaraq görüşmək qəti qadağandır. Tarixinelə mərhələsi olub ki, ərəb ölkələrində kişilərin belə əl sıxması caizsayılmırdı. Amma Məhəmməd peyğəmbər zamanında əllə görüşmək çox xoş birələmət sayılırdı.

Qaynar.info