Xəbər lenti

Mariupolda kütləvi məzarlıq aşkarlandı - 21-ci əsrin ən böyük müharibə cinayəti
Dünya08:19 22.04.2022

Mariupolda kütləvi məzarlıq aşkarlandı - 21-ci əsrin ən böyük müharibə cinayəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Günlərdir mühasirədə qalan Mariupol şəhərinin peyk görüntüləri orada kütləvi məzarlığın yeni qəbirlərlə genişləndiyini aşkarlayıb.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə "Maxar Texnologiyaları” şitkəri bildirib. 
Ukraynanın peyk şəkillərini toplayıb paylaşan şirkət mart ayının 23-26 aralığında kütləvi məzarlığın genişləndiyini və 200 yeni məzar yerinin əlavə olunduğunu bildirib.
Mariupol meri Vadim Boyçenko orada 9000 nəfərin basdırıla biləcəyini deyib.
"21-ci əsrin ən böyük müharibə cinayəti Mariupolda törədilib”, - Boyçenko deyib. 
O baş verənləri nasistlərin 1941-ci ildə Ukrayna yəhudilərini qətliam etdiyi yeni "Babi Yar” hadisəsi adlandırıb. 
"O vaxt Hitler yəhudiləri, romaları və slavyanları qırırdı. İndi isə Putin ukraynalıları məhv edir. O Mariupolda on minlərlə insanı qırıb”,- deyə Boyçenko bildirib.
Boyçenko dünyanın baş verənlərə reaksiya verməsi və genosidi mümkün hər vasitə ilə dayandırmaq lazım olduğunu deyib. 
Nurlan Hüseynov