Xəbər lenti

Mariupolda tikinti aparan şəxsin ABŞ-da biznesi və 19 milyonluq evi var - SP
Dünya13:47 16.05.2023

Mariupolda tikinti aparan şəxsin ABŞ-da biznesi və 19 milyonluq evi var - SP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın ən varlı adamlarından biri, oliqarx Aleksey Repik işğal edilmiş Mariupolun bərpasına cavabdeh olan şəxslərdəndir və eyni zamanda o, Birləşmiş Ştatlar və Almaniyada sərbəst bizneslə məşğuldur. 
Qaynarinfo xəbər verir ki, bu "Scanner Project” tədqiqat layihəsi tərəfindən aşkar edilib.
İşğal olunmuş şəhərin əsas tikinti şirkətlərindən biri olan R-Stroy şirkətinin sahibi məhz Repikdir.
R-Stroy 2022-ci ilin mayında yaradılıb, eyni zamanda həmin Rusiya Mariupolu işğal edib. Şirkət demək olar ki, dərhal şəhərdə yaşayış binalarının və mülki infrastrukturun tikintisinə başlayıb, həmçinin z-təbliğatçısı Zaxar Prilepinin qərargahının "xeyriyyə layihələrində" iştirak edib. Rusiya hakimiyyəti "kollektiv Qərbi” və xüsusən də ABŞ-ı fəal şəkildə tənqid edir. Eyni zamanda, Repikin özünün ABŞ-da öz evi, həmçinin əczaçılıq biznesi, R-Pharm şirkəti var. Şirkət Delaverdə qeydiyyatdan keçib. Şirkətin Almaniyanın İllertissen şəhərində də fabriki var. Maraqlıdır ki, R-Pharm və R-Stroy loqoları demək olar ki, eynidir.
"Scanner Project” tədqiqat layihəsinə məlum olub ki, Repikin 19,1 milyon dollarlıq malikanəsi San-Fransiskoda yerləşir. Araşdırmaçılar oliqarxın dörd uşağından ən azı üçünün ABŞ-da doğulduğunu da öyrəniblər. Repik və ailəsi bir neçə ildir Ukraynanın şərqində silahlı münaqişənin davam etdiyi illərdə ABŞ-da yaşayıb. Belə ki, o, 2017-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın inauqurasiya mərasimində iştirak edib. Eyni zamanda o, MKİ-nin gələcək direktoru Mayk Pompeo ilə şəkil çəkdirib və onu "yaxşı qonşu” və "cazibədar insan” adlandırıb.
Ukraynaya genişmiqyaslı işğalın başlamasından üç ay sonra Repik şəxsi sanksiyalardan qorxaraq özünü R-Pharm sahibləri siyahısından gizlədib. 2022-ci ilin avqustunda o, şirkəti satıb. Yeni sahiblərdən biri anası Valeriya Dayevadır. Anasının "Petrusco” R-Stroy-un baş sponsorudur. Həmçinin şirkətin sahibləri Konstantin Nuriyev və Nikolay Milkisdir. Birincisi, Repikin sanksiyalardan yayınaraq Rusiyaya idxal etdiyi elit fransız şərabını satır. İkincisi, Repikə məxsus "eApteka” xidmətinə sahib olan "Amsel”in baş direktorudur.
Nizami Bağırov