
Karib bölgəsini təsir altına alan Mariya qasırğası 27 nəfərin ölümünə səbəb olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölənlər Dominika, Porto Riko, Haiti, Dominikan Respublikası, Quadelup adasındandır.
Dominikan Respublikasının rəsmiləri qasırğa səbəbilə çayların daşdığını, çox sayda körpü və yolların zərər gördüyünü, ölkədəki 3 min evin işıqsız qaldığını bildirib. Bölgədə 110 ev su altında qalıb, 18 500 nəfər isə təxliyyə edilərək başqa ərazilərə köçürülüb.
Dominikan baş naziri Ruzvelt Skerrit dünən jurnalistlərə verdiyi açıqlamada qasırğa səbəbilə 15 nəfərin öldüyünü, 20 nəfərin itkin düşdüyünü deyib.
Gülşən
Qaynarinfo.Az