
Mariya qasırğası şiddətini artırmağa davam edir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi Mariyanın şiddətinin 4-cü səviyyəyə yüksəlməsi barədə məlumat yayıb. Karib bölgəsində təsirini göstərən qasırğa hazırda Porto Riko və ABŞ-ın Vircin adalarına çatıb. Mariyanın ABŞ-ın Florida ştatına doğru irəliləməsi ehtimallar arasındadır.
Qeyd edək ki, sürəti saatda 260 km-ə çatan qasırğanın İrma qasırğasından daha təhlükəli olması gözlənilir.
Dominikan Respublikasını vuran Mariya özü ilə şiddətli külək və sel gətirib. Ölkənin baş naziri sosial media hesabından yazaraq evini rus basması barədə məlumat verib.
Gülşən
Qaynarinfo.Az