ABŞ və Britaniyanın Ukrayna silahlı qüvvələrinin təliminə kömək etməsi NATO ölkələrinin Rusiyaya qarşı apardığı "hibrid müharibənin” bir hissəsidir.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Mətbuat üçün keçirdiyi brifinqdə RF XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Vaşinqton Kiyevi ABŞ istehsalı olan HIMARS-dan istifadə etməyə kömək edən təlimatçılarla təmin edib. O qeyd edib ki, daha uzun məsafəyə malik olan və digər artilleriya silahlarından daha dəqiq olan raketlər Ukrayna qüvvələri tərəfindən "geniş şəkildə” istifadə olunur.
"Ukrayna qüvvələri ABŞ-dan alınan HİMARS-dan hər yerdə istifadə edir", - Zaxarova bildirib. Onun sözlərinə görə, Vaşinqton Ukraynaya "gizli şəkildə təlimatçılar göndərib" ki, Ukrayna qüvvələrinə yeni silahlardan necə istifadə etməyi və nişan almağı öyrətsin, nəticədə Rusiyanın nəzarətində olan ərazilərdə mülki hədəflər atəşə tutulub.
M. Zaxarova həmçinin Britaniyanın yüzlərlə ukraynalı hərbçini silah təlimi üçün Böyük Britaniyaya gətirmək qərarını tənqid edib. Onun sözlərinə görə, Londonun 10 minə qədər ukraynalı əsgərə təlim keçmək təşəbbüsü Qərbin Moskvaya qarşı "hibrid müharibəsi”nin bir hissəsidir.
Nurlan Hüseynov