Xəbər lenti

Dünya 23:11 17.02.2024

Mark Rutte Avropa liderlərini ağlamağı və inildəməyi dayandırmağa çağırdı

Hollandiyanın Baş Naziri həmkarlarını Tramp haqqında "ağlamağı və inildəməyi dayandırmağa” çağırıb

Niderlandın baş naziri Mark Rutte avropalı həmkarlarını Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsi ilə bağlı "ağlamağı və inildəməyi dayandırmağa" çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rutte bildirib ki, Avropa İttifaqının müdafiəyə xərcləmələri və ya sursat istehsalını artırmaq Ağ Evdə kimin oturacağından asılı deyil.

"ABŞ-da kimin hakimiyyətə gəlməsi amerikalılardan asılıdır. Biz səhnəyə kim çıxırsa, onunla işləməliyik. Biz bunu istədiyimiz üçün etməliyik, bu, bizim maraqlarımıza uyğundur", deyə baş nazir bildirib.

"Mən bu günlərdə həmişə Tramp haqqında sızıltı eşidirəm" deyən Rutte bunu dayandırmağa çağırıb.

Qeyd edək ki, bundan əvvək Donald Tramp Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxış edərək, prezident olsa, müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini nəinki müdafiə etməyəcəyini, hətta Rusiyanın belə ölkələrə potensial hücumlarını təşviq edəcəyini demişdi. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->