Niderlandın baş naziri Mark Rutte qeyd edib ki, Polşada iki nəfərin ölümünə səbəb olan raketin kimin olmasından asılı olmayaraq, insidentə səbəb Rusiyanın Ukraynaya kütləvi raket zərbələridir.
Qaynarinfo "Avropa həqiqətləri”nə istinadla xəbər verir ki, o, bu barədə öz "Twitter” səhifəsində hadisəni şərh edərkən
bildirib.
Rutte Balidə keçirilən G20 sammitində iştirak edən G7 və NATO liderləri arasında insidentlə bağlı görüşü xatırladıb və hər kəsin əvvəlcə faktları öyrənməyə və bunun üçün Polşanın başlatdığı təhqiqata dəstək verməyə çağırdığını bildirib.
"Bir şey aydındır: Rusiya Federasiyasının Ukraynaya qarşı dəhşətli raket zərbələri olmasaydı, bu baş verməzdi. Biz Rusiyanın təcavüzündən müdafiə olunan Ukraynanı dəstəkləməyə davam edirik", - o deyib.
Xatırladaq ki, Rusiya Federasiyasının noyabrın 15-də Ukrayna şəhərlərini, o cümlədən Kiyevi kütləvi raket atəşinə tutub.
Bildiyiniz kimi, noyabrın 15-də günorta saatlarında Rusiyanın raket hücumları davam edərkən Polşanın sərhəd kəndinə raket düşüb, nəticədə iki nəfər həlak olub.
Alpər