Xəbər lenti

Mark Zukerberqin ad günüdür
Dünya07:05 14.05.2015

Mark Zukerberqin ad günüdür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün “Facebook”un qurucusu, amerikalı sahibkar Mark Zukerberqin ad günüdür. 

Axşam.az-ın məlumatına görə, Mark 1984-cü ildə Nyu-York şəhərində doğulub. Atası Edvard diş həkimi, anası Karen psixiatr olub.Yəhudi kimi böyüdülməsinə baxmayaraq, müsahibələrinin birində ateist olduğunu deyib. 

Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan M.Zukerberq ABŞ-ın nüfuzlu Harvard Universitetində təhsil alıb. Universitetin ilk illərində ən yaraşıqlı və ən gözəl tələbələrin seçildiyi www.facemash.com saytını düzəldib. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri yer alıb. Ancaq fotoları tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu bilinən Mark cəza verildiyi üçün təhsilini yarımçıq qoyaraq Harvard Universitetini tərk edib. 

Bundan sonra o, tələbələri internet üzərində görüşdürmək üçün ikinci saytı olan “Facebook”u yaradır. “Facebook” 18 ay ərzində ABŞ-ın ən böyük ünsiyyət saytlarından birinə çevrilir. Tezliklə “Facebook” sərmayəçilərin diqqətini cəlb edir və bu gün sahib olduğu 13 milyard 500 milyon dollarlıq büdcəyə malik olur. Mark Zukerberqin “Facebook” saytı 2011-ci ilin “The Brand Finance Global 500” siyahısına görə dünyanın ən dəyərli 281-ci markası seçilir. 

Mark haqqında maraqlı faktlar: 

• O, 2009-cu ildən qalstuk taxdığını deyir. 

• O, həmişə futbolka geyinir. Çünki çox rahatdır, praktikdir, tez geyinmək və səhərlər vaxta qənaət etmək olur. 

• Mark vegeteriandır. Amma bir müsahibəsində deyib ki, yalnız özünün kəsdiyi heyvanların ətini yeyəcək. 

• Onun “Beast” ləqəbli itinin “Facebook” səhifəsinin 2 milyon izləyicisi var. 

• Markı tənqid edirdilər ki, 19 milyard dolları olmağına baxmayaraq, toyda öz həyat yoldaşına cəmi 25 min dollarlıq üzük taxıb. 

• 2010-cu ildə Markı “Time” jurnalı “İlin adamı” seçib. 

• “Simpsonlar” multiserialında Mark Zukerberq özünü səsləndirib. 

• Zukerberq daltonikdir. O yaşıl və qırmızı rəngləri seçə bilmir. Amma göy rəngi çox yaxşı görür. Ona görə də, “Facebook”da göy rəng üstünlük təşkil edir. O deyib: “Göy rəng mənim üçün ən zəngin rəngdir. Mən göyün bütün çalarlarını görə bilirəm”. 

Mark tibb elmləri doktoru Prisçilla Çanla ailəlidir. 

Qaynar.info