2024-cü ildə astronavtların orta illik maaşı təxminən 152 min 258 dollar olub
Qaynarinfo xəbər verir ki, bu barədə NASA-nın açıqlamasında qeyd olunub.
Bu məbləğ vəzifə və ya iştirak olunan missiyadan asılı olaraq dəyişmir. Yəni riskli kosmik uçuşlar, artıq iş saatları və təhlükəli şərait üçün əlavə ödəniş və ya bonus nəzərdə tutulmur.
Astronavtlar yalnız dövlət qulluqçularına aid standart sosial təminatlardan – sığorta, ödənişli məzuniyyət və pensiya hüquqlarından yararlanırlar. Kanada astronavtı Jeremy Hansen isə öz ölkəsinin maaş sisteminə uyğun şəkildə ayrıca ödəniş alır.
Müqayisə üçün qeyd olunur ki, astronavtların gəliri bəzi peşələrlə oxşar və ya daha aşağı səviyyədədir. Kommersiya aviaşirkətlərinin pilotları 200–500 min dollar, bəzi şəhərlərdə təcili xidmət əməkdaşları və cankurtaranlar isə əlavə gəlirlərlə 500 min dollara qədər qazanc əldə edə bilirlər. Böyük supermarket şəbəkələrində mağaza menecerlərinin gəliri isə bonuslarla birlikdə 400 min dolları ötə bilir.
Günay
Şərhlər