Xəbər lenti

Markov: "İrəvanla Moskva arasındakı vəziyyət daha çox münaqişəli duruma çevrilə bilər"
Dünya19:01 04.10.2023

Markov: "İrəvanla Moskva arasındakı vəziyyət daha çox münaqişəli duruma çevrilə bilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu tanımaqla Ermənistan rəhbərliyi Rusiyanın düşməni olmaq yolunda daha bir addım atdı”.
Bunu "Report”un Rusiya bürosuna politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Ekspert vurğulayıb ki, İrəvanla Moskva arasındakı vəziyyət daha da pisləşə bilər: "Rusiya qəfil addımlar atmayacaq, amma çox ciddi nəticələr çıxaracaq və vəziyyəti tədricən Rusiya ilə Ermənistan arasında daha münaqişəli vəziyyətə gətirəcək”.
Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.