Xəbər lenti

Marqaret Tetçerin ölümü bayram edildi
Dünya10:04 14.04.2013

Marqaret Tetçerin ölümü bayram edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə polisi Böyük Britaniyanın keçmiş baş-naziri Marqaret Tetçerin ölümünü bayram edən ən azı 9 aksiya üzvünü həbs edərək polis bölməsinə aparıb.
Qaynar.info-nun "BBC"yə istinadən verdiyi xəbərə görə, Trafalqar meydanında aksiya iştirakçıları arasında keçmiş şaxtaçı, solçu hərəkatların fəalları və tələbələr olub. Onlar özləri ilə keçmiş baş-nazirin müqəvvasını gətiriblər və onun ətrafında mahnılar oxuyaraq rəqs ediblər.
Aksiya sosial şəbəkələr vasitəsi ilə planlaşdırılıb.  Qeyd edək ki, Marqaret Tetçer bu günlərdə 87 yaşında dünyasını dəyişib.
Qaynar.info