Xəbər lenti

Mars 3812-ci ildə belə olacaq (FOTO)
Dünya08:30 08.05.2018

Mars 3812-ci ildə belə olacaq (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir çox insan son zamanlarda gələcəyi gördüyünü iddia edir. Onların sözlərinə görə zamanda səyahət etmək mümkündür.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı yeni zaman yolçusu Meri 3812-ci ilə qədər səyahət etdiyini və Marsda olduğunu iddia edib. O, insanların planetə robotlar apardığını bildirib:
"Marsa getdim, bir çox binaya sahib çöl kimi idi. Tez fotosunu çəkdim. Səyahət zamanı kosmik gəmiləri və binaları görə bilirsiniz. Mars çox ilginc və eyni zamanda qorxulu idi".
Meri zamanda necə səyahət etdiyini də açıqlayıb. O, bildirib ki, Ser Benjamin Franklin adlı 60 yaşlı biri ilə görüşüb və onunla birgə böyük təcrübələrin aparıldığı bir labiratoriyaya gedib:
"Həyatımı dəyişən turist hekayəmi sizinlə paylaşacağam. Bir dəfə evimizə 60 yaşlı bir adam gəldi. Adı Ser Benjamin Franklin idi. Mənə 20 yaşından fizika sahəsində araşdırmalar apardığını söylədi. Böyük bir laboratoriyası olduğundan və təcrübələrini burada gerçəkləşdirdiyindən bəhs etdi. Xəyallarımın bu laboratoriyadakı bölmələrdən birində olduğunu düşünürdüm. Bir zaman maşınından bəhs edirəm. Ser Benjamin mənə bu barədə danışanda şok oldum. O, mənə gələcəyə getməyi təklif etdi. Ser Benjaminin 38-ci əsrdə yaşayan dostları mənim üçün sənəd hazırladılar. Xüsusi bir vəzifəni yerinə yetirirdim. Marsa səyahət etmək və oradan foto çəkib gətirməliydim. 3812-ci ilə qədər getdim və bunu qeyd etməliyəm ki, bu çox ağır bir səyahət idi".
Zaman yolçusu gələcəkdə göy üzünün fərqli bir rəngi olduğunu və uçan aparatların səmada uçduğunu bildirib. 3812-ci ilə gedən Meri orada Benjaminin dostu Sin ilə görüşdüyünü və Sinin onu Marsa səyahət təşkil edən bir turizm agentliyinə apardığını deyib.