Xəbər lenti

Mars atmosferində ilk dəfə yaşıl parıltı qeydə alındı (FOTO)
Dünya16:31 16.06.2020

Mars atmosferində ilk dəfə yaşıl parıltı qeydə alındı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Roskosmos və Avropa Kosmik Agentliyi (AKA) arasında ortaq bir layihə çərçivəsində Qırmızı Planeti araşdıran ExoMars zondu Mars atmosferində yaşıl bir parıltı qeydə alıb. 
Qaynarinfo xəbər verir ki, buna, karbon qazının günəş işığına məruz qalması nəticəsində yaranan oksigen atomları səbəb olub. 
AKA-nın yaydığı məlumatda deyilir ki, indiyə qədər belə bir fenomen yalnız Yer atmosferində müşahidə edilib, baxmayaraq ki, onun Marsda da mövcud olduğu fərziyyəsi təxminən 40 il əvvəldən mövcuddur.
Alpər