Xəbər lenti

Marsda qeyri-adi quruluşu olan daşlar tapıldı: Bu, yeraltı su axınının nişanəsi ola bilər
Dünya 11:58 24.06.2024

Marsda qeyri-adi quruluşu olan daşlar tapıldı: Bu, yeraltı su axınının nişanəsi ola bilər

Perseverance rover Qırmızı Planetin tədqiqi zamanı yüngül daşlardan ibarət qəribə struktur tapıb. Qayanın xüsusiyyətləri bu yerdə yeraltı su axınlarının mövcudluğunu göstərə bilər.

Qaynarinfo xəbər verir ki, cihaz tapıntını Marsın qayalıq ərazisi olan "Parlaq Mələk" yaxınlığında aşkar edib.

Rover "Parlaq Mələk"ə yaxınlaşdıqda astronomlar qeyri-adi açıq rənginə görə adını almış yerin ilk yaxından görünüşünü əldə ediblər.

Cihaz su ilə qarşılıqlı təsirdən yaranan mineral damarlara bənzəyən iti silsilələri olan daşları qeydə alıb.

Bəzi daşların üstündə astronomların zarafatla "popkorn” adlandırdıqları kiçik kürəciklər var. Süxurların belə quruluşu bu yerdə əvvəllər yeraltı suların axdığını göstərir.
Yerli mənzərəni tədqiq etdikdən sonra Perseverance yüksək sürətli qazma ilə torpağı qazmağa başlayıb. Daha sonra azot qazı ilə səthi üfürərək tozdan təmizləyib.

"Bundan sonra rover tədricən qayaya dırmaşacaq, yol boyu ölçmə aparacaq. Daha sonra roverin qolundakı alətlərin köməyi ilə aşındırıcı material diqqətlə yoxlanılacaq və ondan ətraflı kimyəvi məlumatlar əldə ediləcək", - NASA bildirib. 

Rover əks olunan işığı ölçmək üçün planetin səthinə rentgen şüası saçan cihazdan istifadə edəcək.

Əldə edilən məlumatlar hələ də "Parlaq Mələy"in təbiətini və onun Neretva Mars çayının keçmiş vadisi ilə necə əlaqəli olduğunu başa düşmək üçün kifayət deyil.

Astronomlar hazırda "popkorn qayası" nümunələrinin Yerdəki Mars süxurlarının kolleksiyasına əlavə edilib-edilməyəcəyinə qərar vermək üçün planeti tədqiq etməyə davam edirlər.

Daha əvvəl Marsda güclü günəş fırtınası haqqında danışmışdıq ki, bu da planetin orbitindəki alətləri sıradan çıxarıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->