Xəbər lenti

Dünya 23:59 28.08.2023

Marsdakı Olimp dağının yamaclarında qədim okeanın izlərini tapıldı

Yeni peyk məlumatları Marsdakı Olimp dağının bir vaxtlar okeanla həmsərhəd olduğunu göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin (ESA) tədqiqatçıları məlumat verib.

Mars Olimpinin hündürlüyü 21 km-dən çoxdur ki, bu da onu Günəş sistemindəki ən yüksək zirvə və ən yüksək vulkan edir. ESA alimləri Olimp dağının yamaclarının peyk şəkillərində vulkanik lavanın su ilə toqquşması zamanı baş verən xarakterik izləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, bu proseslər vulkanın ətəyindən 1 km-dən çox uzanan nəhəng sürüşmələrə səbəb olub. Oxşar kataklizmlər yüz milyonlarla il əvvəl qonşu planetdə baş verib.

Tədqiqatçılar oxşar proseslərin daha kiçik miqyasda da olsa, Yer kürəsində baş verdiyini qeyd ediblər. Havay və Kanar adalarında vulkanik sürüşmə və qaya çökmələrinin izlərinə rast gəlmək olar.

ESA-nın tapıntıları uzaq keçmişdə Olimp dağının vulkanik ada olduğunu irəli sürən Paris-Saklay Universitetinin fransız alimlərinin fərziyyəsini təsdiqləyir. Mütəxəssislərin fikrincə, dağın yamaclarının forması burada vaxtilə sahil xəttinin keçdiyini göstərə bilər. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->