Xəbər lenti

Dünya 23:03 24.10.2023

Marsın çaylar planeti olduğuna dair yeni sübutlar tapıldı

Pensilvaniya Dövlət Universitetinin amerikalı geofizikləri qədim zamanlarda Marsda çayların axdığına dair yeni sübutlar tapıblar. 

Qaynarinfo xəbər verir ki, bunu NASA-nın "Curiosity" roverindən əldə edilən məlumatların təhlili göstərib. Bu barədə "Geophysical Research Letters" (GRL) elmi jurnalı yazır.

Alimlər minlərlə il ərzində Marsda eroziyanı simulyasiya etmək üçün rəqəmsal modelləşdirmədən istifadə ediblər. Hesablamalar göstərib ki, adi krater birləşmələri çox güman qədim çay yataqlarının qalıqlarıdır.

Virtual modeli inkişaf etdirərkən komanda 25 il əvvəl Meksika körfəzinin dibinin tədqiqi zamanı neft şirkətləri tərəfindən toplanmış Yerin çöküntü süxurları haqqında məlumatların yeni istifadəsini tapıb. Simulyasiya göstərib ki, Geyl kraterində "Curiosity" roveri tərəfindən çəkilmiş Mars mənzərəsi ilə müqayisədə Yerdəki eroziya demək olar eyni relyef formaları yaradır.

"Biz Marsın çaylar planeti olduğuna dair sübutlar tapırıq. Bütün planetdə bunun əlamətlərini görürük", deyə tədqiqatın rəhbəri Benjamin Kardenas deyib.

Tədqiqatçı əlavə edib ki, qədim Marsda çayların çoxluğu qırmızı planetdə vaxtilə həyatın mövcud olduğunu göstərə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->