Xəbər lenti

"Maşın" şounun finalçıları bəlli oldu
Maqazin05:15 23.10.2017

"Maşın" şounun finalçıları bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV-də yayımlanan "Maşın” şounun növbəti buraxılışı baş tutub.
"Qaynarinfo" oxu.az-a istinadən xəbər verir ki, proqramda iştirakçılar aktyor İlkin Misgərlini SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən İlkin Misgərli hədəfinin müğənni Talıb Tale olduğunu söyləyib. Sonda kifayət qədər səs toplaya bilməyən İ.Misgərli şounu tərk etməli olub.
Beləliklə, şounun finalçıları müəyyənləşib. Avtomobil uğrunda mübarizəni aparıcı Vüsalə Əlizadə, müğənnilər Talıb Tale və Xatun Əliyeva davam etdirir.
Qaynarinfo.Az