Xəbər lenti

Maşın sürən it piyadanı vurdu
Dünya17:10 02.04.2013

Maşın sürən it piyadanı vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avtomobil salonunda tərk edilmiş it yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. 

ANN.Az-ın verdiyi xəbərə görə, hadisə ABŞ-ın Pensilvaniya ştatının York şəhərində baş verib. Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Polis həmin şəxsin kimliyi barədə mlumat verməyib, o, bir müddətdən sonra özünə gəlib və baş verənlər barədə məlumat verib. 

Onun sözlərinə görə, o, avtomobilin yaxınlıqda park edilmiş yük maşını ilə toqquşmasının qarşısını almaq üçün saxlamağa çalışıb, ancaq buna müvəffəq ola bilməyib. Nəticədə o, iki maşının arasında qalıb və əzilib. 

Hadisənin baş verməsinə səbəb kimi avtomobilin mühərrikini söndürülməməsi və təsadüf nəticəsində itin maşının düymələrinə basaraq hərəkətə gətirməsi olub.

Qaynar.info