Xəbər lenti

Maşını ilə birlikdə itkin düşən şəxsin avtomobili tapıldı
Ölkə08:13 17.02.2014

Maşını ilə birlikdə itkin düşən şəxsin avtomobili tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beş gün əvvəl maşını ilə birlikdə itkin düşən şəxsin avtomobili tapılıb

Azərbaycan polisi dəhşətli cinayətin izinə düşüb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 1960-cı il təvəllüdlü Yasin Ədalət oğlu Rüstəmov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fevralın 12-si saat 20 radələrində qardaşı, 1964-cü il təvəllüdlü Kamal Rüstəmovun özünə məxsus “VAZ-21011” markalı avtomobili ilə evdən çıxması və geri qayıtmaması barədə məlumat verib.

Həyata keçirilən tədbirlər nəticəsində K. Rüstəmovun avtomobili Yuxarı Qaramanlı kəndinin ərazisində yanmış vəziyyətdə tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

İlkin yoxlama, əməliyyat-axtarış tədbirləri aparılır.

Qaynar.info