Xəbər lenti

Mask Twitter-in yeni rəhbərinin adını açıqladı
Dünya05:36 13.05.2023

Mask Twitter-in yeni rəhbərinin adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Twitter-in sahibi İlon Mask Linda Yakkarinonu şirkətin baş direktoru təyin edib.
Qaynarinfo xəbər verir ki, onun namizədliyi barədə daha əvvəl The Wall Street Journal məlumat yaymışdı.
Mask bu vəzifəyə Amerikanın NBCUniversal media şirkətinin reklam satışlarının rəhbəri Linda Yakkarinonun keçəcəyini rəsmən təsdiqləyib. O, diqqətini məhsul dizaynına və yeni texnologiyalara yönəltməyi planlaşdırdığını, Yakkarino isə biznes əməliyyatlarını idarə edəcəyini qeyd edib.
Mask daha əvvəl demişdi ki, yeni CEO təxminən altı həftə sonra vəzifəsini yerinə yetirəcək.
CNN-in məlumatına görə, Linda Yakkarino 11 ildən artıqdır ki, NBCUniversal-da işləyir. Bundan əvvəl o, Turner Broadcasting-də İcraçı Vitse-Prezident - Reklam, Satış, Marketinq və Satınalmalar üzrə Əməliyyat Direktoru olub.
Alpər