"Maxar Technologies” şirkəti İsrailin Qəzza zolağına endirdiyi zərbələrin nəticələrini peyk görüntülərində dərc edib.
Qaynarinfo xəbər verir ki, fotoda qismən dağılmış məhəllələr əks olunub.
İsrail hakimiyyəti bildirib ki, zərbələr HƏMAS və qruplaşmaya bağlı olan obyektləri hədəf alıb.
İsrail Müdafiə Qüvvələri Fələstinin islamçı HƏMAS qruplaşmasının hücumuna cavab olaraq Qəzza zolağına zərbələr endirib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə raket zərbələri endirib. Yaraqlılar musiqi festivalı da daxil olmaqla, İsrailin cənubundakı yaşayış məntəqələrini zəbt edərək 100-dən çox adamı əsir götürüblər.
Oktyabrın 11-nə olan məlumata görə, İsrail tərəfindən 1,2 min insan öldürülüb. Təxminən 3 min adam yaralanıb. Qəzza zolağında 950 nəfər həlak olub. Daha 5 min yaralı var. Oktyabrın 10-da İsrail Müdafiə Nazirliyi "tam miqyaslı hücuma” keçdiyini elan edib.
Nizami Bağırov