Dünya 10:27 20.05.2023

Maya Sandu: "Rusiya yazda ölkədə hökuməti devirməyə cəhd edib"

Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiya yazda Kişinyovda Avropayönlü hökuməti devirməyə və rusiyayönlü qüvvələri hakimiyyətə gətirməyə cəhd edib.

Qaynarinfo xəbər verir ki, prezident bu barədə "Moldova-1" telekanalına müsahibəsində danışıb.

"Hökuməti devirmək planları bu yaz gündəmdə idi, lakin bizim kifayət qədər məlumatlılığımız və sayıqlığımız sayəsində onlar uğursuz oldu", deyə Sandu bildirib.

O qeyd edib ki, Moldova hakimiyyəti Kremlin yeni cəhdlər edəcəyinə əmindir.

"Lakin mənim bu barədə konkret məlumatım yoxdur. Kremlin planları göz qabağında olduğu üçün yeni cəhdlər ediləcək - bu, Kişinyovda hökumətin rusiyayönlü hakimiyyətə keçməsi və Moldova Respublikasından Ukraynaya qarşı istifadə edilməsidir", deyə prezident əlavə edib.

Qeyd edək ki, fevralın əvvəlində Moldova hakimiyyəti Ukrayna prezidenti Volodimir Zelenskidən ölkənin Rusiya qüvvələri tərəfindən tutulmasını nəzərdə tutan plan alıb. Bu, ölkə xüsusi xidmət orqanlarının Moldova dövlətini sarsıtmağa, sabitliyi və ictimai asayişi pozmağa yönəlmiş təxribat fəaliyyəti aşkarlamasına səbəb olub.

Kişinyovda hökumətin devrilməsi və onun Moskva protektoratına verilməsinin idarə edilməsi Moldova polisinin keçmiş məmuru tərəfindən həyata keçirilir. "The Times” yazır ki, o, prosesə Londondan rəhbərlik edir.

Aydın