Rusiya Ukrayna cəmiyyətində parçalanma toxumu səpmək, ölkə daxilində xaos yaratmaq və son nəticədə prezidenti vəzifədən uzaqlaşdırmaq istəyir.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski
deyib.
"Kəşfiyyatımızda və tərəfdaşlarımızdan da gələn məlumatlar var", deyə Zelenski "Maydan-3" kimi tanınan dezinformasiya planını təsvir edərək bildirib.
Onun sözlərinə görə, Rusiya üçün Maydan çevrilişdir, ona görə də əməliyyat aydındır.
Bu yaxınlarda "Online.ua” nəşri təhlükəsizlik və müdafiə sektorundakı öz mənbələrinə istinadən yazıb ki, noyabrın 1-də Rusiya xüsusi xidmət orqanları Ukraynada sabitliyi pozmaq üçün "Maydan-3” adlı irimiqyaslı informasiya hücumuna başlayıb.
KİV-in məlumatına görə, Rusiya xüsusi xidmət orqanlarının Ukraynaya yeni informasiya hücumu 2023-cü ilin noyabr-dekabr aylarında planlaşdırılır.
Nəşrin məlumatına görə, əməliyyatın kuratoru Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, ideoloqu isə "Novorossiya” layihəsinin müəlliflərindən biri Vladislav Surkov olub.
Nizami Bağırov