Xəbər lenti

Mayk Pompeo: “ABŞ Ukraynaya elə bir dəstək verə bilərdi ki, savaş artıq bitmiş olardı”
Dünya07:53 04.04.2023

Mayk Pompeo: “ABŞ Ukraynaya elə bir dəstək verə bilərdi ki, savaş artıq bitmiş olardı”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Donald Tramp dövründə ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Mayk Pompeo hesab edir ki, Rusiyanın gələcəyi Ukraynadakı müharibənin gedişindən asılıdır.
Qaynarinfo xəbər verir ki, o, bu fikri Kiyevdə olarkən "Yevrapeyska pravda”ya müsahibəsində bildirib.
Müharibədən sonrakı Rusiyanın gələcəyini necə gördüyünü soruşduqda, Pompeo müharibənin necə bitməsinin həlledici əhəmiyyətinə işarə edib.
"Bu (Rusiyanın gələcəyi - red.), müharibənin gedişindən asılıdır. Amma sonda buna necə nail olacağımız (müharibənin sonu - red.) həlledici olacaq", - o bildirib.
Pompeonun sözlərinə görə, müharibədən sonra bunun bir daha təkrarlanmaması üçün dünyanı qoruyacaq təhlükəsizlik arxitekturasını tapmaq lazım gələcək.
"Və düzgün qərarla rusiyalılar öz ölkələrində vəziyyəti düzəldə biləcəklər. Məncə, bu, tamamilə realdır", - ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri bildirib.
Pompeo həmçinin hesab edir ki, Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək vermək üçün hazırkı Amerika administrasiyası kifayət qədər səy göstərmir və Ukraynadakı müharibə ilk növbədə Avropa üçün çağırışdır, ona görə də onun fikrincə, avropalılar indi etdiklərindən daha çox iş görməlidirlər.
Lakin onun sözlərinə görə, bu o demək deyil ki, Amerikanın Ukraynaya dəstəyini davam etdirməkdə dərin marağı yoxdur.
"Hesab edirəm ki, biz Ukraynanı dəstəkləmək üçün kifayət qədər iş görmürük və gördüyümüz işi kifayət qədər sürətlə etmirik. Faciə odur ki, biz Ukraynaya elə bir dəstək verə bilərdik ki, bununla da bütün bunlar artıq başa çatardı, lakin bunu etmədik”, – siyasətçi bildirib.
Pompeo əlavə edib ki, ABŞ-da hər iki siyasi partiyada bununla razılaşmayanlara rast gəlmək olar. "Lakin mən əminəm ki, sizə kömək etməyin Amerika üçün inanılmaz dəyəri var”, - Pompeo qeyd edib.
Pompeonun sözlərinə görə, o, şəxsən ABŞ-ın Ukraynaya daha çox silah verməsini və bunu daha tez həyata keçirməsini istərdi.
"İndi ABŞ administrasiyası bu qərarlarda çox ləngdir və Putini necə təhrik etməmək barədə çox narahatdır. Gecikmələrə səbəb olan məhz budur. Buna və uzaq mənzilli silahlar almadığınıza görə vəziyyət (cəbhədə. – red.) indi gördüyümüz kimidir", - ABŞ Dövlət departamentinin keçmiş başçı bildirib.
Nizami Bağırov