
Məşhur boksçu Mayk Tayson özünü avtobioqrafiyasında keçmiş həyat yoldaşını Bred Pittlə yataqda tutduğunu yazıb.
Qaynar.info xəbər verir ki, Tayson yazısında 80-cı illərin sonlarında Bred Pitt boksçunun həyat yoldaşı Robin Qivenslə tanış olur. Mayk və Robin 1988-ci ildə evlənmişdilər. Cəmi 1 il sonra onlar boşandılar və ayrı yaşamağa başladılar. Mayk bir gün evə nə üçünsə gələndə orada Bred Pitti görüb.
"O məni görəndə siz onun sifətinə baxardınız. O elə hala qalmışdı ki, sanki həyatla vidalaşır. O mən yalvardı ki onu öldürməyim" deyə Tayson yazıb.
Qeyd edək ki, noyabrın 12-də boksçunun xajtirələri satışa çıxarılacaq. Bu kitabda idmançının bütün həyatı əks olunub.
Qaynar.info