Xəbər lenti

Maykl Ceksonun 30 illik liderliyinə son qoyuldu
Dünya12:56 21.08.2018

Maykl Ceksonun 30 illik liderliyinə son qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Maykl Ceksonun 1982-ci ildə işıq üzü görən "Thriller" albomu 30 ildən sonra ABŞ-da "ən çox satılan albom" statusunu itirib.
Qaynarinfo xəbər verir ki, "Eagles" qrupunun 1976-cı ildə çıxmış "Greatest Hits 1971-1975" albomu 38 milyon nüsxə satılaraq liderliyi ələ keçirib və Maykl Ceksonun 2-ci pilləyə enməsinə səbəb olub. 3-cü yerdə "Eagles" qrupuna məxsus növbəti albom "Hotel California"ya məxsusdur. 1976-cı ildə dinləyicilərə təqdim olunan və məşhur "Hotel California" mahnısı ilə yadda qalan albom 26 milyon ədəd satılıb. 
Qeyd edək ki, qrup ümumilikdə 150 milyon albom satmağa müvəffəq olub və 6 "Grammy" mükafatını qazanıb. 
Gülşən