Xəbər lenti

Maykl Ceksonun atası dünyasını dəyişdi (FOTO)
Dünya06:05 28.06.2018

Maykl Ceksonun atası dünyasını dəyişdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya şöhrətli müğənni Maykl Ceksonun atası Cozef Cekson dünyasını dəyişib.
Qaynarinfo CBS News-a istinadən xəbər verir ki, musiqi meneceri olan Cozef 89 yaşında, xərçəngin son mərhələsində Las Veqasda vəfat edib. Cekson ailəsinin başçısının son dəqiqələrində yaxınları ətrafında olub. Cozef Ceksonun "Twitter" hesabında bazar günü bu sözlər yazılıb:
"Bu günə qədər geridə qalandan daha çox qürub görmüşəm. Vaxtı gələndə Günəş doğulur, sən istə, ya da istəmə, vaxtı gələndə Günəş qürub edir".
Qeyd edək ki, Cozef 2015-ci ildən bəri xəstəliklə mübarizə aparırdı. O, övladları Maykl və Canet Ceksonun musiqi kariyerasını idarə edib. 
Gülşən