Xəbər lenti

Mbappe:
İdman 11:15 10.07.2024

Mbappe: "AVRO-2024-də uğursuzluğa düçar oldum"

Fransanın kapitanı Kilian Mbappe hesab edir ki, o, AVRO-2024-də ümidləri doğrultmayıb. 

Qaynarinfo xəbər verir ki, onun sözlərindən idman jurnalisti Fabritsio Romano sitat gətirir.

"Futbolda sən ya ən yüksəklərdəsən, ya da yox... Bu dəfə yüksəklərdə deyildim. Bu kuboku qazanmaq istədiyim üçün Avroda uğursuza düçar oldum. İndi tətilə çıxıb yaxşı istirahət edəcəyəm. Bu mənim xeyrimə olacaq. Və sonra mən "Real”da yeni həyata başlayacağam”, - Mbappe bildirib.

Xatırladaq ki, İspaniya ilə yarımfinalda Kilianın dəqiq ötürməsi Fransaya hesabı açmağa kömək edib, lakin sonra "Qırmızı furiya” oyunu 5 dəqiqə ərzində çevirə bilib (1:2). 

Bu Avropa çempionatında Mbappe cəmi bir qol vurub - Polşanın qapısına penaltidən, 1-ci turda isə onun ötürməsi avstriyalı müdafiəçinin avtoqoluna səbəb olub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->