Xəbər lenti

Mbappe PSJ-də qalsa, nə qədər bonus qazanacaq?
İdman06:30 05.01.2024

Mbappe PSJ-də qalsa, nə qədər bonus qazanacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kilyan Mbbappenin mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra nə edəcəyi maraq doğurur. 
Qaynarinfo-nun məlumatına görə, ulduz futbolçu Superkubok matçından sonra gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib. Fransa mətbuatı Mbappenin PSJ-də qalacağı təqdirdə qazanacağı sadiqlik bonusundan yazıb. 
PSJ-də 8-ci ilini keçirən, müqaviləsi yayda başa çatacaq Mbappenin adı "Real"la hallanır. Ancaq "Le Parisien"in xəbərinə görə, futbolçunun PSJ-də qalacağı təqdirdə, 80-100 milyon avroluq loyallıq bonusu qazanacağı gözlənilir.
Mbappe PSJ-nin heyətində 233 matçda meydana çıxıb. Fransız ulduz bu matçlarda 234 dəfə rəqib qapılarının torunu silkələyib və 100 məhsuldar ötürməyə imza atıb. Beş dəfə Liqa 1-in bombardiri olan Mbappenin karyerasında altı ölkə, üç Fransa Kuboku, üç Fransa Superkuboku və iki Fransa Liqa Kuboku çempionluğu var.
Səbuhi Həsənov