İngiltərədən olan bir cütlük yol kənarındakı yanacaqdoldurma məntəqəsində evlənib. Yeni evlənənlər yemək üçün "McDonald's"a üz tutublar.
Qaynarinfo bu barədə "Mirror"a istinadən verir.
Steysi və əri Qrem şənliyə dəvət olunan 42 qonağın iştirakı ilə evləniblər. Bununla belə, bəy və gəlin restoran əvəzinə yol kənarındakı yanacaqdoldurma məntəqəsini seçib, şirniyyat kimi burger və "McDonald's" təklif edilib.
Bundan əlavə, yeni evlənənləri və qonaqları daşımaq üçün vintage avtobus icarəyə götürülüb. Steysi xatırladır ki, yanacaqdoldurma məntəqəsinin rəhbərliyi orada toy mərasimi keçirmək planlarını açıqlayanda əvvəlcə onıarın zarafat etdiyini düşünüb.
"Telefondakı çox gözəl xanım xahişimizə çox təəccübləndi, lakin sorğu etdikdən sonra bir gün ərzində baş menecerdən bizi qəbul etməkdən məmnun olacaqlarını bildirən bir e-poçt cavabı aldım", deyə Steysi bildirib.
Bəy və gəlin əlavə edib ki, qonaqlar məkanı və onun təşkilini yüksək qiymətləndiriblər. Dəvət olunanların bəziləri indi yanacaqdoldurma məntəqələrində toyların yeni trendə çevriləcəyinə əmindirlər.
Aydın
Şərhlər