Xəbər lenti

Məcnun Məmmədov Astarada vətəndaşları qəbul edəcək
Ölkə06:34 11.06.2024

Məcnun Məmmədov Astarada vətəndaşları qəbul edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 21-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qaynarinfo nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Mərkəzə (055-331-70-63) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.