Xəbər lenti

Medal almış klublara pul verilməyəcək
İdman09:13 07.06.2013

Medal almış klublara pul verilməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azəriidmanservis” mövsümü medallarla baş vuran futbol klublarına əvvəllər verilən pul mükafatının bərpası haqqında təşəbbüsünü irəli sürüb.

PFL-in mətbuat katibi Aslan Şahgəldiyev Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ hələlik müzakirə mövzusu deyil. “Növbəti çempionat başlayanda bu mövzu aktual ola bilər. Bu barədə rəsmi qərarlar olarsa mətbuat məlumatlandırılacaq”.

Xatırladaq ki, başa çatmış çempionatdan sonra PFL medal almış klublara pul mükafatları verilməsini təxirə salmışdı. Liqa bunu maliyyə sıxıntıları ilə əlaqələndirmişdi.

Qaynar.info