
Bir çoxlarımız acılı və turş yeməkləri sevirik. Əsasən də çox sevdiyimiz "fast food" tipli yeməkləri müxtəlif soslarla yeyirik. Bu isə zaman-zaman mədə yanmasına gətirib çıxarır.
Qasdiri olan mədələrdə isə bu yenməklərdən az istifadə olunmasi tövsiyyə edilir. Bəs yaxşı mədə yanmasına nə yaxşı gəlir?
Qaynar.info bu problemin aradan qaldırmaq üçün ən sadə üsulu təqdim edir:
Gecə yatdığınız zaman mədənizdə ağrı və yanma hiss edirsinizsə, ilk öncə yatmaq tərzinizi dəyişin. Əsasən sol tərəfinizdə uzanmağa və yastığınızın nisbətən yüksək olmasına diqqət edin. Belə yatdığınız halda mədə yanması azalacaq və siz də rahat yuxunuzun dadını çıxara biləcəksiniz.
Qaynar.info